Limon sıxıb içəndə faydası 2 dəfə artır
06 May 2025, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86Tanınmış qələm sahibindən Mədəniyyət Nazirliyinə çağırış: Hansı ixtiyarla həddinizi aşaraq bu əsərin əhəmiyyətini aşağılayırsınız?!
CƏMİYYƏT
1751
07.04.2025, 13:32
Budur, Heydər Əliyev dühası
“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin acınacaqlı taleyi
Bakı – Tbilisi - Ceyhan neft boru kəməri Azərbaycan Respublikasının tarixində misli görünməmiş nailiyyətdir. Bakıdan Ceyhana qədər keçilən çətin və şərəfli yol xalqımızın dahi oğlu və Ümumilli lideri Heydər Əliyevin neft strategiyasının real və parlaq qələbəsidir. Bu strategiyanın həyata keçirilməsi respublikamızın hər tərəfli dinamik inkişafı, nüfuz və mövqelərinin beynəlxalq arenada möhkələndirilməsi, milli təhlükəsiziliyinin yüksək səviyyədə təmin olunması deməkdir. Bu gün bu strategiyanı möhtərəm prezidentimiz İlham Əliyev uğurla davam etdirir.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, yazıçı - dramaturq, yaradıcılığının böyük bir hissəsini Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr etmiş 86 yaşlı Marat Haqverdiyevin “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” (dram və bədii film ssenarisi) tarixi əhəmiyyətli əsərinin taleyi məni bu yazını yazmağa vadar etdi.
Əsərləri respublikamızda Akademik Milli Dram, Akademik Musiqili, Gənc Tamaşaçılar Teatrı və başqa teatrlarda, eləcə də Türkiyənin İstanbul şəhərində Sarıyer Bələdiyyə, Çəmbərlitaş FKM və başqa teatrlarında uğurla tamaşaya qoyulmuş Marat Haqverdiyevin Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ən möhtəşəm bədii əsər olan “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” (dram və bədii film ssenarisi) çağdaş Azərbaycan ədəbiyyatı və tarxində xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyəti olan və son dərəcə aktuallığı ilə seçilən bir əsərdir.
Qeyd edim ki, M.Haqverdiyev AzTV və başqa televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” və başqa bədii televiziya filmlərinin ssenari müəllifidir.
“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərini oxuduqdan sonra bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarının nə qədər çətin və əhatəli olduğunu bir daha dərk edirik. Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü, tarixin yetişdirdiyi bu əvəzolunmaz şəxsiyyətin bizə Allahın bir lütfü olduğunu aydın görürük.
Əgər belədirsə, bəs belə bir tarixi şəxsiyyətin bütövlükdə fəaliyyətinə həsr olunan bir əsərin ekranlaşdırılmasının qarşısını alan nədir və hansı səbəblərdir? Elə bizi narahat edən bu sualdır.
Müəllif əsəri əvvəlcə “Üç dəniz əfsanəsi” (dram və bədii film ssenarisi) adıyla yazıb. Xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb etdiyinə görə “Üç dəniz əfsanəsi” əsəri bir qayda olaraq teatr səviyyəsində deyil, tələb olunan ən yüksək səviyyədə - Prezident Administrasiyası (siyasi şöbə) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən siyasi və bədii cəhətdən bəyənilərək Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar planına daxil edilmiş, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmiş və əsər həmin teatrın səhnəsində tamaşaya qoyulmuşdur.
Qeyd etmək istəyirəm ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, çox hörmətli Ədalət Vəliyev və Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva Mədəniyyət Nazirliyində müvafiq olaraq nazir müavini və incəsənət şöbəsinin rəisi vəzifəsində çalışarkən “Üç dəniz əfsanəsi” əsərini bəyənmiş və öz imzaları ilə təsdiq etmişdilər.
Xalq yazıçı Anarın rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin «Literaturnıy Azərbaycan» aylıq ədəbi-bədii jurnalı “Üç dəniz əfsanəsi” (“Legenda tryox morey”) dram əsərini bəyənərək “Əsrin Müqaviləsi”nin 25 illiyi (Kontrakt Veka – 25) münasibətilə 2019-cu ilin oktyabr ayında tam həcmdə rus dilində çap etmişdir.
Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq müəllif M.Haqverdiyev “Üç dəniz əfsanəsi” əsəri üzərində əsaslı surətdə yenidən işləyərək onu “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı daha mükəmməl ekran və səhnə əsərinə çevirmişdir.
Milli Məclisin deputatı, akademik, Atatürk Mərkəzinin rəhbəri, çox hörmətli Nizami Cəfərov“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərini bəyənmiş və onun tapşırığı ilə “Elm və təhsil” nəşriyyatı bu əsəri ayrıca kitab şəklində çap etmişdir.
Əsərin əsas mahiyyəti- Azərbaycanın yeni neft strategiyası, qüdrətli dövlət rəhbəri Heydər Əliyevin böyük nüfuzu və siyasi iradəsi sayəsində dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsi yolunda yaranan ciddi maneə və problemlərin, terror və təxribatların aradan götürülməsi, müqəddəs dinimizə, milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən dini, milli tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan həqiqətləri – Respublikamızın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından ibarətdir.
Görkəmli yazıçı-dramaturq M.Haverdiyev bu möhtəşəm tarixi-bədii əsərin “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” bədii film ssenari¬sinin 2025-ci ildə ekranlaşdırılması xahişi ilə göndərdiyi 18 oktyabr 2024-cü il tarixli məktubuna Nazirliyin Kino Agentliyi tərəfindən baxılmışdır. Lakin çox təəssüflər olsun ki, Kino Agentliyi Ulu Öndər, xalqımızın Dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ən yüksək səviyyələrdə bəyənilmiş, müasir və müstəqil Azərbaycan dövlətinin tarixində yuxarıda qeyd olunmuş mövzuda yazılmış, bu yeganə (alternativi olmayan) bədii əsərin (bədii film ssenarisinin) taleyini tələb olunan yüksək səviyyədə, yəni Prezident Administrasiyası və Mədəniyyət Nazirliyi səviyyə¬sində həll etmək əvəzinə, həddini aşıb özbaşınalıq göstərərək əsərin əhəmiyyətini aşağılayır, hörmətsizlik göstərərək əsərin taleyinin həllini adi, növbəti ssenarilərə aid olan səviyyəyə salır və 27.12.2024-cü il tarixli məktubu iləgələcəkdə, müsabiqədə iştirak etməyini tövsiyə edir.
Həmçinin oxuyun
Bu təkzibolunmaz fakt Ulu Öndər, xalqımızın Dahi lideri Heydər Əliyevin əziz xatirəsinə, eləcə də, vətənimizə, xalqımıza və dövlətçiliyimizə göstərilən ən böyük nümayişkəranə, yumşaq desək, hörmətsizlikdir! Mütləq mənada qeyd etməyi özümə borc bilirəm ki, Mədəniyyət Nazirliyində çalışan bəzi qara qüvvələr və Kino Agentliyi görünür başa düşmək istəmirlər ki, onlar “toxunulmaz” deyillər, özləri də Azərbaycan kimi dünya şöhrətli, müzəffər, azad və demokratik bir ölkədə yaşayırlar. Harada ki, haqq-ədalət gec-tez həmişə və mütləq qələbə çalır.
Unutmayaq ki, dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan Heydər Əliyev həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır. Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik, belə bir əvəzi olunmayan lider bəxş etmişdir. Məhz onun tarixi, siyasi fəaliyyətinə həsr olunmuş yeganə əsərin (bədii film ssenarisinin) ekranlaşdrılması nəinki bu gün, gələcək nəsil tariximizin güzgüsüdür. Hər dəfə bu güzgüyə baxıldıqca Heydər Əliyev dühası parlayacaq, yaddaşlarda əbədiləşəcək. Bu əbədiliyin üzərinə heç kəsin kölgə salmağa haqqı yoxdur. O, əbədi və unudulmyan bir şəxsiyyətdir!
“Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” əsərinin məhz xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyətini, eləcə də, son dərəcə aktuallığını nəzərə alaraq onun bu il 2025- ci ildə ekranlaşdırılması məsələsini önə çəkməklə bir daha tarixi şəxsiyyətimiz Heydər Əliyevin və onun bügünkü layiqli davamçısı Ali Baş Komandanımız cənab İlham Əliyevin gördüyü işlərin nəticəsini xalqın gələcək övladlarına çatdırmaqdır məqsədimiz.
Hörmətli Mədəniyyət Nazirliyi və Kino Agentliyi!
Bilmək istərdik ki, xüsusilə mühüm siyasi-tarixi vəmüstəsna əhəməiyyəti olan və son dərəcə aktualllığı ilə seçilən, ulu öndərimizin əziz xatirəsinə həsr edilmiş və ən yüksək səviyyədə (Prezident Administrasiyası və Mədəniyyət Nazirliyi) tərəfindən mövzu və məzmunu siyasi və bədii cəhətdən bəyənilmiş və möhtəşəm “Elm və Təhsil” nəşriyyatı tərəfindən nəşr edilmiş “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” əsərini nə üçün və hansı ixtiyarla həddinizi aşaraq əhəmiyyətini aşağılayırsınız və onun taleyinin həllini yüzlərlə yazılmış adi-siravi ssenarilərin siyahısına salırsınız?!
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edirəm, haqq-ədalət naminə müasir və müstəqil Azərbaycan Dövlətinin tarixində yeganə alternativi olmayan “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” əsərini 2025-ci ildə, məhz bu ildə ekranlaşdırılması üçün təbiətinizə xas olan köməkliyinizi əsirgəmiyəsiniz.
Qeyd: O ki qaldı, bu əsərin dram variantının acınacaqlı taleyinə- onun biərəkdən illərlə tamaşaya qoyulmasının qarşısının alınmasına. Bu mövziya ayrıca qayıdacam.
Nəcibə İlkin
Publisist, araşdırmaçı jurnalist
“Azad Qələm” qəzetinin baş redaktoru
Oxu24.com saytı üçün
20:57 / 06 May 2025
Limon sıxıb içəndə faydası 2 dəfə artır
21
20:54 / 06 May 2025
Mask dünyanın necə yox olacağını açıqladı - Başqa planetə köçməliyik
25
20:53 / 06 May 2025
Azərbaycanlı aktyorun vəziyyəti yenidən pisləşdi - FOTO
24
20:49 / 06 May 2025
Azərbaycanda tələbə faciəli şəkildə öldü
23
20:29 / 06 May 2025
7 yaşlı oğlan görun nə edib?- FOTO
30
19:21 / 06 May 2025
Moskvadakı paradda bu ölkələr iştirak edəcək
51
19:19 / 06 May 2025
İlham Əliyev: Azərbaycanla Vyetnam əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir
44
19:10 / 06 May 2025
Prezident: Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir
47
19:08 / 06 May 2025
İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib
54
18:15 / 06 May 2025
Pakistan və Hindistan müharibəsi: Kim qələbə qazana bilər? - ANALİZ
69
18:05 / 06 May 2025
Müştərilər "Unibank"dan imtina edir
63
18:04 / 06 May 2025
Piyada həyatını itirdi
67
17:39 / 06 May 2025
Bakıda yaşayış binası yanır
993
17:35 / 06 May 2025
Şimali Koreya mayın 9-da Moskvada səfirlə təmsil olunacaq
63
17:34 / 06 May 2025
İsrail ordusu Səna hava limanını tamamilə dağıdıb
63
17:14 / 06 May 2025
Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?
97
17:10 / 06 May 2025
Prezident Ərdoğan Bahçeli ilə görüşəcək
77
16:59 / 06 May 2025
Zaxarova deyib ki, Zelenski veteranları ələ salır
83
16:55 / 06 May 2025
Yaşı 30-u keçən şəxslər mayda əsgərliyə ÇAĞIRILACAQ? - Rəsmi məlumat
340
16:43 / 06 May 2025
Verdiyi taksi sifarişi ona 4500 manata başa gəldi
90
16:39 / 06 May 2025
Apple yaxın illərdə Hindistanda iPhone istehsal etməyi planlaşdırır
61
16:33 / 06 May 2025
Prezident fərman imzaladı
99
16:30 / 06 May 2025
Avropada qazın qiyməti qalxdı
72
16:18 / 06 May 2025
SON DƏQİQƏ! Prezident mühüm vəzifələrə təyinatlar edib — ADLAR
2177
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.